Braziliya millisinin sabiq müdafiəçisi Kafu, Neymarın yığmadakı karyerasını başa vurmasına münasibət bildirib.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, DÇ-2026-dan sonra milli komanda ilə vidalaşan 34 yaşlı hücumçu barədə danışan Kafu, onun Braziliya futbolunda silinməz iz qoyduğunu deyib:
“İdmanda və həyatda uğur qazanan insanlar nə vaxtsa karyeralarını başa vururlar. Neymar futbolda özündən sonra böyük irs qoyur.
O, millidə karyerasını böyük futbolçu kimi başa vurur. Biz onun üçün darıxacağıq”.
Neymar Braziliya millisinin heyətində keçirdiyi 130 oyunda 80 qol vurub, 59 məhsuldar ötürmə verib. Hücumçu hazırda “Santos”un formasını geyinir və klubu ilə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.

