Misir millisinin hücumçusu Məhəmməd Salah komandası DÇ-2026-dan kənarda qaldıqdan sonra azarkeşlərə müraciət edib.
Misir yığması dünya çempionatının 1/8 final mərhələsində Argentina millisinə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı Salah sosial şəbəkə hesabında paylaşdığı mesajda azarkeşlərin məyusluğunu başa düşdüyünü bildirib:
“Bilirəm ki, hələ də qəzəblisiz. Amma söz verirəm ki, Misir futbolunun beynəlxalq arenada yeni mərhələyə qədəm qoyması üçün əlimdən gələni edəcəm.
Təkcə dünya çempionatında iştirak etmək artıq kifayət deyil. Bu komanda sizin etimadınıza layiqdir”.
Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olamaqla üç ölkədə keçirilir. Turnirin son qalibi Argentina millisidir.

