Braziliya millisinin sabiq futbolçusu Felipe Melo Argentina yığmasının hücumçusu Lionel Messinin oyununu yüksək qiymətləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda bunları deyib:
“Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur. Ronaldo, Neymar, Ronaldinyo, Zidan kimi oyunçuları görmüşəm, amma heç biri Messidən yaxşı olmayıb.
O, Misirlə matçda penaltini qaçırdı, amma ruhdan düşmədi. Qoy bu, braziliyalı futbolçular üçün nümunə olsun”.
Messi 2026-cı il dünya çempionatında keçirdiyi 5 oyunun hamısında qol vurub. 39 yaşlı hücumçu 8 qolla turnirin bombardirlər siyahısına başçılıq edir.
Argentina millisi dünya çempionatının 1/4 finalında İsveçrə yığması ilə qarşılaşacaq.

