“Messi futbol tarixinin ən böyük oyunçusudur” - Tanınmış məşqçi

9 İyul 18:40 Dünya futbolu 401
“Messi futbol tarixinin ən böyük oyunçusudur” - Tanınmış məşqçi

İtaliyalı tanınmış mütəxəssis Fabio Kapello, Argentina millisinin hücumçusu Lionel Messinin DÇ-2026-dakı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Gazzetta dello Sport”-a açıqlamasında 39 yaşlı forvardı futbol tarixinin ən böyüyü adlandırıb:

“Messi futbol tarixinin ən böyük oyunçusudur. Yaş öz sözünü deməyə başlayıb, amma buna baxmayaraq, o, hələ də Argentina millisində həlledici rol oynayır.

Lionelin oyunundan zövq almaq mümkündür. Misir yığması ilə matçda da özünü bir daha göstərdi”.

Messi DÇ-2026-da indiyədək 8 qol vurub və turnirin bombardirlər siyahısına başçılıq edir.

Argentina millisi dünya çempionatının 1/4 finalında İsveçrə yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!