11 ildən sonra klubu tərk etdi - FOTO

27 Aprel 18:20 Dünya futbolu 343
11 ildən sonra klubu tərk etdi - FOTO

Fransa millisinin sabiq üzvü Andre-Pyer Jinyak "Tiqres"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu 11 ildir Meksika klubunda çıxış edirdi.

Jinyak gözlənilmədən 29 yaşında Meksika klubuna keçmişdi. Həmin il "Marsel"in heyətində Liqa 1-də 21 qol vuran hücumçu qərarı ilə bütün Avropanı təəccübləndirmişdi.

Fransız "Tiqres"in əfsanəsinə çevrilməyi bacarıb. O, 11 il ərzində 355 oyun keçirib, 193 qol vurub və beş kubok qazanıb. Azarkeşlər Jinyaka hörmətlərini tribunlarda ifadə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi