ionel Messiyə qarşı irəli sürülən bütün ittihamları rədd etdilər

18:40 Dünya futbolu 100
ionel Messiyə qarşı irəli sürülən bütün ittihamları rədd etdilər

Argentina Futbol Assosiasiyası (AFA) həm öz ünvanına, həm də Lionel Messiyə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Promouter şirkəti VİD AFA-ya qarşı məhkəmə iddiası qaldırıb. İddianın əsasını Messinin Venesuela yığmasına qarşı keçirilən yoxlama matçında meydanda yer almaması təşkil edir.

Şirkət bildirir ki, futbolçunun oyunda iştirakı müqavilədə nəzərdə tutulub. AFA isə bu iddialarla razılaşmayaraq rəsmi bəyanat yayıb.

Sportinfo.az “TMZ Sports”-a istinadən həmin bəyanatı təqdim edir:

“Assosiasiya bütün müqavilə öhdəliklərini yerinə yetirib. Həmçinin, Argentina millisinin 2025-ci ilin oktyabrında keçirilən hər iki oyunda iştirakını təmin edib”.

Razılaşmaya əsasən, Messi Venesuela və Puerto-Riko yığmalarına qarşı oyunların hər birində ən azı 30 dəqiqə meydanda olmalı idi. Argentinalı oyunçu ikinci qarşılaşmada tam 90 dəqiqə çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti