Arda Turanın “Şaxtyor”u yarımfinala vəsiqə qazandı

17 Aprel 00:20 Dünya futbolu 314
Arda Turanın “Şaxtyor”u yarımfinala vəsiqə qazandı

Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, turnirin 1/4 final mərhələsində “AZ Alkmaar” (Niderland) ilə qarşılaşan “Şaxtyor” iki oyunun nəticəsinə görə rəqibini üstələyib.

İlk oyunda doğma meydanda rəqibini 3:0 hesabı ilə darmadağın edən “şaxtaçılar” cavab oyununda səfərdə 2:2 hesablı heç-heçə edərək ümumi hesabda 5:2-lik qələbəni bayram ediblər.

"Şaxtyor Donetsk”in yarımfinaldakı rəqibi “Kristal Pelas”-“Fiorentina” cütlüyünün qalibi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti