Messinin baş məşqçisi istefa Verdi: “Şübhə etmirəm ki…”

15 Aprel 15:20 Dünya futbolu 663
Messinin baş məşqçisi istefa Verdi: “Şübhə etmirəm ki…”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano istefa verib.

Sportinfo.az xəbər verir ki, bu haqda ABŞ klubunun saytında məlumat verilib.

Argentinalı məşqçinin şəxsi səbəblərə görə istefaya qərar verdiyi bildirilib.

“Kluba ən yaxşısını arzulayıram və onun gələcəkdə də uğur qazanacağına şübhə etmirəm”, - Maskerano deyib.

Maskerano 2024-cü ildə “İnter Mayami”nin başına keçib. Lionel Messinin formasını geyindiyi komanda onun rəhbərliyi altında ötən il MLS çempionluğunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?