Tanınmış jurnalist İqor Tsıqanik Ukrayna millisində baş məşqçi dəyişikliyinin gözlənildiyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı baş məşqçi Sergey Rebrovun postunda qalmayacağını və artıq yeni çalışdırıcının kim olacağının müzakirə edildiyini bildirib:
“Anladığım qədərilə, Rebrov komandada qalmayacaq. Artıq komandanı kimin çalışdıracağı müəyyənləşir. Ad? Bu, Mayron Markeviçdir – o, millini qəbul etməlidir”.
Bildirilir ki, əsas namizəd Markeviç hesab olunur.
Ukrayna millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinə yüksəlsə də, yarımfinalda İsveç yığmasına 1:3 hesabı ilə məğlub olub.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

