“Santos”un hücumçusu Neymarın Braziliya millisi ilə bağlı vəziyyəti diqqət mərkəzində qalır.
2026-cı il dünya çempionatı ərəfəsində onun yığmaya dəvət olunub-olunmayacağı hələ də sual altındadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçılar”ın baş məşqçisi Karlo Ançelotti “Santos”un qarşıdakı oyunlarından birini izləməyi planlaşdırır.
İtaliyalı mütəxəssis 34 yaşlı futbolçunun hazırkı formasını şəxsən qiymətləndirmək niyyətindədir.
Braziliya millisi DÇ-2026-nın qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə üz-üzə gələcək. Bu oyunlar iyun ayında keçiriləcək.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Neymar Braziliya millisində sonuncu matçını 2023-cü ilin oktyabrında keçirib.

