Mundialdan kənarda qaldılar, məşhur baş məşqçini vəzifəsindən uzaqlaşdırdılar

3 Aprel 00:10 Dünya futbolu 246
Mundialdan kənarda qaldılar, məşhur baş məşqçini vəzifəsindən uzaqlaşdırdılar

Mirça Luçesku Rumıniya milli komandasının baş məşqçisi postundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

80 yaşlı mütəxəssislə 31 iyul tarixinə kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mirça Luçesku 2024-cü ilin yayında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti