Konqo Futbol Federasiyasının prezidenti Jan-Qi Blez Mayolas ömürlük həbs cəzasına məhkum edilib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, pul “yuma”, saxta sənədlərin hazırlanması və istifadəsi, qanunsuz faiz qəbulu və KOVİD-19 pandemiyası zamanı FİFA vəsaitlərinin mənimsənilməsi üzrə günahkar bilinib.
Məhkəmənin qərarına görə, Mayolas qadın futbolunun inkişafı və təlim-məşq mərkəzinin tikintisi üçün nəzərdə tutulmuş vəsaitləri mənimsəyib.
Ona daha əvvəl 1,3 milyon dollar dəyərində vəsaitin oğurlanması ilə bağlı ittiham irəli sürülmüşdü, bunun təxminən 500 min dolları ölkənin qadın milli komandası üçün ayrılmış vəsait olub.
Mayolas 2025-ci ilin mayında Mərkəzi Kəşfiyyat və Sənədləşdirmə İdarəsi (CID) əməkdaşları tərəfindən həbs olunub.
Onunla birlikdə federasiyanın baş katibi Badci Mombo Vantete də saxlanılıb. Hər iki şəxs bütün ittihamları rədd edərək, bunun özlərinə qarşı qurulmuş bir plan olduğunu iddia edib.

