ABŞ-nin “İnter Mayami” klubunun sahiblərindən olan Jorge Mas argentinalı hücumçu Lionel Messinin illik qazancını açıqlayıb.
Sportinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu məbləğ 70-80 milyon dollardır.
J. Mas bildirib ki, dünya səviyyəli sponsorları kluba cəlb etmək istəmələrinin əsas səbəbləri futbolçuların yüksək maaş almasıdır:
“Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”.
38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.

