“Bunu görəndə nə hiss etdiyimi bilirsizmi? Ayıbdır, o, yalnız pul haqqında düşünür”

25 Fevral 10:20 Dünya futbolu 315
“Bunu görəndə nə hiss etdiyimi bilirsizmi? Ayıbdır, o, yalnız pul haqqında düşünür”

“Lion”un baş məşqçisi Paulo Fonseka FIFA-nın ABŞ Prezidenti Donald Trampa “Sülh Mükafatı” vermək qərarını sərt şəkildə pisləyib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis FIFA-nın bu addımını futbol adına rüsvayçılıq adlandırıb.

“Bunu görəndə nə hiss etdiyimi bilirsinizmi? Ayıbdır, çox kədərlidir. Futbol buna layiq deyil. Amerika prezidenti insanlarla maraqlanmır, o, yalnız pul haqqında düşünür”, – deyə Fonseka müsahibəsində bildirib.

FIFA-nın təsis etdiyi ilk “Sülh Mükafatı” 2025-ci il dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən DÇ-2026-nın püşkatma mərasimi zamanı Donald Trampa təqdim olunub.

FIFA prezidenti Canni İnfantino bu mükafatı Trampın İsrail-Qəzza atəşkəsi və digər sülh təşəbbüslərindəki rolu ilə əlaqələndirib. Mərasimdə Trampa yer kürəsini qucaqlayan dörd əlin təsvir edildiyi xüsusi heykəlcik və medal verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!