Dünyanın hazırkı ən yaxşı qapıçılarının adlarını açıqladı

24 Fevral 21:40 Dünya futbolu 323
Dünyanın hazırkı ən yaxşı qapıçılarının adlarını açıqladı

“Mançester Yunayted”in sabiq qapıçısı Edvin van der Sar dünyanın hazırkı ən yaxşı qolkiperlərinin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı keçmiş futbolçu, “Daily Mail”-ə açıqlamasında hələ də Manuel Noyeri bəyəndiyini bildirib:

“Mən hələ də Manuel Noyeri bəyənirəm, hətta son zədələrinə baxmayaraq. Digərləri isə Tibo Kurtua və Canluici Donnarummadır”.

Noyer “Bayern”də çıxış edir, Donnarumma “Mançester Siti”də, Kurtua isə “Real”da eyni işi görür.

Van der Sar “Mançester Yunayted”dən əlavə, “Ayaks”, “Yuventus” və “Fulhem” kimi klublardakı çıxışı ilə də tanınır. O, Niderland millisində 130 oyuna çıxıb və 87 qol buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq