Millinin baş məşqçisi ilə müqavilənin müddətini uzatmağa hazırlaşırlar

22:00 Dünya futbolu 74
Millinin baş məşqçisi ilə müqavilənin müddətini uzatmağa hazırlaşırlar

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yığma komanda ilə müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

İtaliyalı mütəxəssislə Braziliya Futbol Konfederasiyası arasında yeni razılaşma artıq hazırdır və yalnız rəsmi prosedurların tamamlanması qalır.

Ançelotti Braziliya millisinin tarixində ilk əcnəbi baş məşqçidir. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatının seçmə mərhələsini uğurla başa vurub.

Braziliyalılar final mərhələsində Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Komandanın oyunları iyunun 13-ü, 19-u və 24-də keçiriləcək.

Daha əvvəl Karlo Ançelottinin yayda “Mançester Yunayted”i çalışdıra biləcəyi barədə xəbərlər yayılmışdı. Ancaq görünən odur ki, mütəxəssis karyerasını Braziliya yığmasında davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti