Fransa, İtaliya, Belçika, Türkiyə - Millətlər Liqasının qrupları

08:30 Dünya futbolu 131
Fransa, İtaliya, Belçika, Türkiyə - Millətlər Liqasının qrupları

UEFA Millətlər Liqasının püşkatması həyata keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbir Belçikanın paytaxtı Brüsseldə keçirilib və Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak ediblər.

Mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşib. Ayxan Abbasovun baş məşqçilik etdiyi millimiz D Liqasının 1-ci səbətində yer alıb.

Yığmamız D Liqasının 2-ci qrupunda yer alıb. Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.

Qaydalara əsasən, D liqasında hər birində 3 komanda olmaqla, 2 qrup formalaşdırılacaq. Hər kollektiv isə öz qrupunda 4 oyun keçirəcək.

Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək.

A liqası

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels

B liqası

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, Kosovo

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Ruminiya, İsveç

C Liqası

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/ Cəbəllütariq cütünün qalibi

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta cütünün qalibi

D Liqası

1-ci qrup: Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu, Andorra

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!