İtaliyalı mütəxəssis Fabio Kapello “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçu haqqında bunu deyib:
“Kriştiano Ronaldo əla qol vuran və inanılmaz futbolçudur. Amma mən onda heç vaxt Lionel Messi, Maradona və ya Ronaldonun (braziliyalı sabiq hücumçu) dahiliyini görməmişəm”.
Ronaldo 2023-cü ildən bəri Səudiyyə Ərəbistanı klubunda oynayır. O, daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da forma geyinib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

