O, Super Liqanın olmayacağını bilirmiş - Peresin hiyləgər planı

00:10 Dünya futbolu 126
O, Super Liqanın olmayacağını bilirmiş - Peresin hiyləgər planı

Avropa Super Liqası layihəsi gerçəkləşməyəcək. “Real” ötən gün bununla bağlı rəsmi açıqlama yayıb.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres əslində Super Liqanın heç vaxt yaradılmayacağını yaxşı anlayırdı.

Eyni mövqeni “Barselona”nın sabiq prezidenti Xuan Laporta və PSJ-nin rəhbəri Nasser əl-Xələfi də bölüşürdü.

Bildirilir ki, Super Liqa ideyasının əsas məqsədi UEFA-nı Çempionlar Liqasında yeni sistem tətbiq etməyə sövq etmək idi.

Yeni formatda daha çox top-səviyyəli qarşılaşmaların keçirilməsi və klubların gəlirlərinin artırılması hədəflənirdi.

Xuan Laporta bu yaxınlarda növbəti seçkilərdə iştirak etmək üçün “Barselona”nın prezidenti vəzifəsindən ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!