Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in formasını geyinən 41 yaşlı hücumçu Kriştiano Ronaldonun karyerası ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun karyerasını davam etdirməli olduğunu deyib:
“Ronaldonun dayanmağa haqqı yoxdur. Nə vaxtsa karyerasını bitirmək qərarına gəlsə, ona zəng edər və fikrindən daşındıraram.
Belə futbolçular həm klub, həm də milli komanda üçün çox böyük əhəmiyyət daşıyır.
O, bir ayaqla da olsa, meydanda olmalıdır. Kriştiano öz karyerası ilə futbola yeni başlayan minlərlə gəncə motivasiya verir”.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, hazırda klubdakı vəziyyətindən narazıdır və komandasının son oyunlarını boykot edib.

