“Bəzən işlər yaxşı gedir, bəzən olmur” - Onun qovulmasından danışdı

21:40 Dünya futbolu 126
“Bəzən işlər yaxşı gedir, bəzən olmur” - Onun qovulmasından danışdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Xabi Alonsonun “Real”dakı uğursuzluğunun səbəblərindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı məşqçinin tarazlıq tapmalı olduğunu söyləyib:

“Hər il məşqçi yenidən tarazlıq tapmalıdır. Bəzən işlər yaxşı gedir və bunu etmək üçün kifayət qədər vaxtınız olur, bəzən isə olmur. Xabi Alonsonun bu vaxtı yox idi”.

İspaniyalı məşqçi 2025-ci ilin yayında “Real”ın “sükanı arxasında” Karlo Ançelottinin yerinə keçib.

Onun rəhbərliyi altında komanda ilk bir neçə ayda yaxşı nəticələr göstərsə də, sonra kəskin geriləmə yaşayıb. Alonso yanvar ayında istefaya göndərilib və Alvaro Arbeloa onun yerinə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti