Bu gün Afrika Millətlər Kubokunun final matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.
Moulay Abdullah İdman Kompleksində keçiriləcək görüşdə Seneqal millisi qalib gəlib - 1:0.
Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.
23:00. Seneqal - Mərakeş 1:0
Qol: Pap Qeye, 94
Seneqal artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb.
Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub. Sonuncu dəfə isə 2004-cü ildə finala çıxıblar.
Bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.

