Tanınmış hücumçunun oğlunu icarəyə götürdü, müqavilədə satınalma şərti göstərildi

15 Yanvar 00:00 Dünya futbolu 431
Tanınmış hücumçunun oğlunu icarəyə götürdü, müqavilədə satınalma şərti göstərildi

“Ayaks” isveçli hücumçu Maksimilian İbrahimoviçi heyətinə qatdığını açıqlayıb. 19 yaşlı forvad sabiq futbolçu Zlatan İbrahimoviçin oğludur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland təmsilçisi İbrahimoviçi mövsümün sonuna qədər icarəyə götürüb, müqavilədə satınalma şərti də göstərilib.

Maksimilian İbrahimoviç 2022-ci ildən etibarən “Milan”ın gənclər komandasında çıxış edirdi.

“Ayaks” hazırda Niderland çempionatında topladığı 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider PSV-dən 16 xal geri qalır. İkinci pillədə isə 36 xalla “Feyenoord”dur.

“Ayaks” UEFA Çempionlar Liqasının cari mövsümünün 6-cı turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 4:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti