"Dedim ki, burada 4–5 top fərqi ilə uduzan komandalar görmürük və bu, çox şey deyir"

10 Yanvar 10:20 Dünya futbolu 185
"Dedim ki, burada 4–5 top fərqi ilə uduzan komandalar görmürük və bu, çox şey deyir"

Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda komandalarının favorit hesab olunması ilə bağlı fikirlərə münasibət bildirib.

Qrup mərhələsində 9 mümkün xaldan 7-ni toplayan misirlilər 1/8 finalda Benin yığmasını məğlub edərək, növbəti mərhələyə yüksəliblər.

Turnirdə 3 qolla fərqlənən Salah hazırda bombardirlər siyahısında ön sıralarda yer alır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, 32 yaşlı hücumçu emosiyalarını nəzarətdə saxlamağa çalışdıqlarını vurğulayıb:

“Bizim favorit olduğumuzu düşünmürəm. Komandamızda gənc futbolçular çoxdur və onların əksəriyyəti Misir çempionatında çıxış edir.

Biz sadəcə ölkəmiz üçün mübarizə aparırıq, sonra nə qədər irəli gedə biləcəyimizi görəcəyik. Burada olan hər kəs bütün gücünü ortaya qoymaq istəyir”.

Salah Afrika futbolunda artıq asan oyunların olmadığını da deyib:

“Afrikada artıq zəif rəqib yoxdur, çünki komandaların səviyyəsi bir-birinə yaxındır. Uşaqlara dedim ki, burada 4–5 top fərqi ilə uduzan komandalar görmürük və bu, çox şey deyir”.

Salah indiyədək iki dəfə Afrika Millətlər Kubokunun finalında məğlub olub. O, milli komandanın bombardirlər rekorduna da yaxındır: hazırda onun hesabında 66 qol var. Rekord isə yığmanın indiki baş məşqçisi Hussam Hassana (69 qol) məxsusdur.

Misir millisi Afrika Millətlər Kubokunun 1/4 finalında, yanvarın 10-da Fil Dişi Sahili yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar