Erik ten Haqın yeni iş yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, o “Tvente”nin baş məşqçisi təyin olunub.
Bu barədə Niderland təmsilçisinin rəsmi səhifəsi paylaşım edib.
Mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, fəaliyyətinə fevral ayından başlayacaq.
Ten Haq bu vəzifədə Yan Ştrüeri əvəz edəcək. E.Haq həmçinin 1992-1994-cü illərdə “Tvente”nin formasını geyinib.
Erik ten Haq bundan öncə “Ayaks” “Mançester Yunayted” və “Bayer” kimi klubları çalışdırıb.

