"Karyeramın bitməsindən qorxmuram" - "Barselona"nın hücumçusu

5 Yanvar 21:40 Dünya futbolu 417
"Karyeramın bitməsindən qorxmuram" -

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı forvard karyerasını bitirməkdən qorxmadığını bildirib:

"Karyeramın bitməsindən qorxmuram. Çünki artıq buna hazırlaşmağa başlamışam.

Futboldan sonra nə edə biləcəyimlə bağlı düşünürəm. Futbolun həyatımın çox önəmli parçası olduğunu bilirdim.

Amma futbol bütün həyatım deyil. Karyeramın sona yaxınlaşdığını hiss edirəm.

Neçə ilimin qaldığını bilmirəm və hər hansı təzyiq hiss edmirəm".

Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Polşa futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi yayda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar