“Çelsi”nin satışından əldə edilən gəlirdən “pay” gözləyir - Zelenski

5 Yanvar 18:20 Dünya futbolu 291
“Çelsi”nin satışından əldə edilən gəlirdən “pay” gözləyir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Keir Starmerlə söhbəti barədə paylaşım edib.

Söhbət zamanı “Çelsi” futbol klubunun satışından əldə edilən dondurulmuş vəsaitlər məsələsi müzakirə edilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident bunu qeyd edib:

“Biz Keir ilə “Çelsi” futbol klubunun satışından əldə edilən dondurulmuş vəsaitlər məsələsinin ədalətli həllinə ehtiyac olduğunu müzakirə etdik.

Bu, təxminən iki yarım milyard funt sterlinq deməkdir ki, bu da Ukraynaya kömək edə bilər və etməlidir”.

Rus iş adamı Roman Abramoviç 2022-ci ildə Britaniya hökumətindən bütün gəlirlərin Ukraynadakı müharibədən təsirlənənləri dəstəkləmək üçün istifadə edilməsi şərti ilə “Çelsi” futbol klubunu satmaq üçün icazə alıb.

Lakin klubun keçmiş sahibi ilə aparılan mürəkkəb danışıqlar səbəbindən vəsaitlər dondurulmuş olaraq qalır.

Artıq bir neçə ildir ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir və bu ölkənin ərazilərini işğal edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu