Kamerun və Mərakeş 1/4 finala yüksəldi - Afrika Millətlər Kubokundan VİDEOLAR

5 Yanvar 15:20 Dünya futbolu 617
Kamerun və Mərakeş 1/4 finala yüksəldi - Afrika Millətlər Kubokundan VİDEOLAR

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 finala yüksələn daha iki kollektiv məlum olub.

Sportinfo.az xəbər verir ki, Mərakeş və Kamerun milliləri 1/8 final görüşlərini qələbə ilə başa vurub.

Meydan sahibləri Tanzaniya seçməsinə minimal hesabla qalib gəliblər - 1:0. "Şamaxı"nın futbolçusu Alfons Msanqa tanzaniyalıların heyətində 83 dəqiqə meydanda olub.

Kamerun futbolçuları isə Cənubi Afrika Respublikası komandasını 2:1 hesabı ilə məğlub edib. Xatırladaq ki, daha əvvəl Seneqal və Mali 1/4 finala vəsiqə qazanıb. Turnir yanvarın 18-də yekunlaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar