Millinin yeni baş məşqçisi olacaq - DÇ-2026-dan sonra

11 Dekabr 2025 15:40 Dünya futbolu 917
Millinin yeni baş məşqçisi olacaq - DÇ-2026-dan sonra

“Barselona”dakı çıxışı ilə tanınan Rafael Markes DÇ-2026-dan sonra rəsmi olaraq Meksika milli komandasının baş məşqçisi olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının prezidenti İvan Sisnieqa məlumat verib:

“Rafael Markesin müqaviləsinə əsasən, o, dünya çempionatından sonra milli komandanın baş məşqçisi olacaq və Xavyer Aqirreni əvəz edəcək”.

Markes 2024-cü ildən Meksika yığmasının məşqçisi kimi çalışırdı və indi rəsmi olaraq irəliləyiş əldə edib.

DÇ-2026 Meksika üçün ev mundialı sayılır – yarış bu ölkə ilə yanaşı, Kanada və ABŞ-da keçiriləcək.

Markes futbolçu kimi beş dünya çempionatında iştirak edib. O, bu rekordu Lionel Messi və Kriştiano Ronaldo da daxil olmaqla bir neçə futbolçu ilə bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!