“Ronaldo çox danışır, çox müsahibə verir və Messiyə paxıllıq edir”

01:20 Dünya futbolu 173
“Ronaldo çox danışır, çox müsahibə verir və Messiyə paxıllıq edir”

“Vilyarreal”ın yarımmüdafiəçisi Nikolya Pepe futbol dünyasında ən çox müzakirə olunan Lionel Messi – Kriştiano Ronaldo rəqabəti barədə açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, Ronaldonun Messiyə açıq-aşkar paxıllıq etdiyini bildirib:

“Ronaldo çox danışır, çox müsahibə verir və daim Messidən söz açır. O, Messiyə paxıllıq edir.

Aydındır ki, Ronaldo ikinci nömrədir. Özündən aşağı olduğunu düşündüyü birinin (vurduğu qolların sayına görə) onu keçməsindən narahatdır”.

Portuqaliyalı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və 40 yaşı var.

38 yaşlı Messi isə MLS təmsilçisi “İnter Mayami”nin formasını geyinir və Argentina millisi ilə son dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…