
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu olan Kriştiano Ronaldonun oyununu şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Ancaq o, pressinq edir? O, təzyiq edir? Mənə əhəmiyyətli deyil ki, Ronaldo nə qədər qol vurur, o, pressinq etməlidir. Bu, onunla xoşbəxt olmağımın yeganə yoludur”.
“Mançester Yunayted”də olarkən Ronaldo tez-tez pressinq etmədiyinə görə tənqid olunurdu və bu səbəbdən, sabiq baş məşqçi Erik ten Haqın rəhbərliyi altında start heyətində yerini itirdiyi güman edilirdi.
40 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində, Macarıstan millisiylə 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qol vurub. O, dünya çempionatının seçmə mərhələsində vurulan qolların ümumi sayına (41) görə dünya rekordu qırıb.