“Mən FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı”

11 Oktyabr 2025 10:00 Dünya futbolu 527
“Mən FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı”

“FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı”.

Sportimfo.az “Sporty TV”yə istinadən xəbər verir ki, bu sözləri UEFA-nın keçmiş prezidenti Mişel Platini deyib.

O, VAR texnologiyası haqda qərəzli ifadələr səsləndirib:

“Futbolun təbiiliyini qorumaq lazımdır. Mən yalnız ofsaydı müəyyən etmək üçün VAR-dan istifadə edərdim.

Qalan hər şey təfsirdən asılıdır. Ona görə də biz hakimlərə oyunu futbol qaydalarına uyğun şərh etmələrinə icazə verməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti