
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı heyətlərə malik futbol klublarının siyahısını açıqlayıb.
Sportinjfo.az xəbər verir ki, sıralamaya "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Çelsi" liderlik edir - 1.807 milyard avro.
Reytinq hər bir klubun 50 futbolçusunun bugünkü bazar qiyməti əsasında hazırlanıb.
Həmçinin siyahıda Ağdam təmsilçisinin digər rəqiblərindən "Liverpul" və "Ayntraxt" da yer alıb.
Dünyanın ən bahalı heyətlərə malik futbol klublarının siyahısı:
1. “Çelsi” – 1 milyard 807 milyon avro
2. "Real" - 1 milyard 684 milyon avro.
3. "Mançester Siti" – 1 milyard 485 milyon avro.
4. "Arsenal" – 1 milyard 474 milyon avro.
5. PSJ – 1 milyard 440 milyon avro
6. "Liverpul" – 1 milyard 403 milyon avro
7. "Barselona" – 1 milyard 352 milyon avro
8. "Tottenhem" – 1 milyard 47 milyon avro
9. "Bavariya"– 934 milyon avro.
10. “İnter” – 866 milyon avro
11. "Brayton" – 830 milyon avro
12. “Mançester Yunayted” – 820 milyon avro.
13. "Nyukasl" – 809 milyon avro
14. "Atletiko" – 780 milyon avro
15. "Yuventus" – 761 milyon avro
16. "Aston Villa" – 724 milyon avro
17. "Nottingem Forest" – 704 milyon avro
18. "Bayer" - 659 milyon avro
19. "Milan" – 626 milyon avro
20. "Ayntraxt" – 594 milyon avro