“Ronaldonun ətrafında olsaz, onun kim olduğunu dərhal anlayırsız”

9 Oktyabr 21:40 Dünya futbolu 122
“Ronaldonun ətrafında olsaz, onun kim olduğunu dərhal anlayırsız”

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jesus hücumçu Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun hər cəhətdən unikal olduğunu deyib:

“Ronaldo hər cəhətdən unikaldır. Söhbət təkcə onun futbol keyfiyyətləri ilə bağlı deyil. Sadəcə, onun ətrafında olsaz, onun kim olduğunu dərhal anlayırsız”.

40 yaşlı forvardın “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 6 matçda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!