Yeni baş məşqçi təyin olundu, müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutuldu

00:00 Dünya futbolu 74
Yeni baş məşqçi təyin olundu, müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutuldu

Portuqaliyalı mütəxəssis Serxio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Çalışdırıcı ilə birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredo, Vedran Runye və analitik-məşqçi Eduardo Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.

S.Konseysaonun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin mayında vəzifəsindən azad edilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO