“Qızıl Top” mükafatına iddiaçı futbolçuların ilk siyahısı - 2026-cı il üçün

00:00 Dünya futbolu 78
“Qızıl Top” mükafatına iddiaçı futbolçuların ilk siyahısı - 2026-cı il üçün

2026-cı il üçün “Qızıl Top” mükafatına iddiaçı futbolçuların ilk reytinq siyahısı təqdim edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.

Qeyd olunub ki, siyahıya “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe başçılıq edir.

İkinci yerdə “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal, üçüncü yerdə isə “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn qərarlaşıb.

2025-ci ilin qalibi Usman Dembele dördüncü, “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri isə ilk beşliyi tamamlayır.

İlk onluğa həmçinin Erlinq Haaland, Cud Bellinqem, Məhəmməd Salah, Vinisius Junior və Rodri daxildir. Lionel Messi 16-cı, Kriştiano Ronaldo isə 20-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 07:30 Koronavirus geri qayıdır?