“18 yaşında bu qədər yaxşı olan futbolçu yadımda deyil, bəlkə də yalnız Lionel Messi”

18:40 Dünya futbolu 113
“18 yaşında bu qədər yaxşı olan futbolçu yadımda deyil, bəlkə də yalnız Lionel Messi”

“Çelsi”nin və “Real”ın sabiq yarımmüdafiəçisi Eden Hazard 2025-ci il “qızıl top” mükafatının nəticələri barədə fikirlərini bölüşüb.

Sportinfo.az “So Foot”-a istinadən xəbər verir ki, mükafata bu dəfə PSJ-nin fransalı vingeri Osman Dembelenin layiq görüldüyünü xatırladan belçikalı sabiq futbolçu həmçinin, “Barselona”nın gənc oyunçusu Lamin Yamalı da xüsusi qeyd edib:

“Dembele üçün sevinirəm, o, bu mükafatı tam haqqı ilə qazandı. Amma Yamalın çıxışı da heyranedicidir.

Bu yaşda belə səviyyədə oynamaq inanılmazdır. 18 yaşında bu qədər yaxşı olan futbolçu yadımda deyil… Bəlkə də, yalnız Lionel Messi”.

Yamal “qızıl top”un səsverməsində ikinci, PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya isə üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti