
“Yuventus”un və “Real”ın sabiq müdafiəçisi, 2006-cı ilin “qızıl top” mükafatının sahibi Fabio Kannavaro Özbəkistan millisinin yeni baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis daha əvvəl BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “Əl-Əhli”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Xorvatiyanın “Dinamo” (Zaqreb), İtaliyanın “Udineze” və bir neçə digər klubda baş məşqçi kimi çalışıb.
Özbəkistan millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb
. İtaliyalı çalışdırıcının rəhbərliyi altında ilk oyun oktyabrın 13-də baş tutacaq. Yoxlama matçında rəqib Uruqvay yığması olacaq.