“Onda nömrəm var, zəng etsin” - Hücumçunu milliyə çağırmaması haqda dedi

28 Avqust 2025 01:50 Dünya futbolu 489
“Onda nömrəm var, zəng etsin” - Hücumçunu milliyə çağırmaması haqda dedi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”ın hücumçusu Rodriqo Qoesi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili və Boliviya yığmaları ilə keçiriləcək oyunlar üçün heyətə niyə daxil etmədiyini açıqlayıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Onunla danışmamışam. O, Braziliya millisinin nə olduğunu çox gözəl bilir.

Aydındır ki, yığmaya çağırılmaq üçün oyunlarda iştirak etməli və yaxşı fiziki formada olmalısan.

Bunu şəxsən izah etməyə ehtiyac yoxdur. Ona aydınlıq lazımdırsa, zəng etsin, onda mənim nömrəm var”.

Rodriqo 2024/25 mövsümündə bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"