“Adı siyahıda deyil, problemləri var” - Onu milliyə çağırmamasının səbəbini açıqladı

26 Avqust 22:00 Dünya futbolu 101
“Adı siyahıda deyil, problemləri var” - Onu milliyə çağırmamasının səbəbini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarın yığmaya çağırılmamasına münasibət bildirib.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, forvardın problemlərinin olduğunu deyib:

“Neymar siyahıda deyil, çünki problemləri var. Zədəsindən sonra o, komandanın uğur qazanmasına və dünya çempionatında bütün imkanlarını göstərməsinə kömək etmək üçün forma yığmalıdır”.

Braziliya millisi gələn ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. “Sambaçılar” Çili və Boliviya milliləri ilə qarşılaşacaq. Oyunlar sentyabrın 5-də və 10-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat