Özünə yeni klub tapmaq icazəsi verildi - Məşhur oyunçuya

26 Avqust 2025 01:30 Dünya futbolu 542
Özünə yeni klub tapmaq icazəsi verildi - Məşhur oyunçuya

“Əl-İttihad”ın yarımmüdafiəçisi Nqolo Kante yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisinin rəhbərliyi 34 yaşlı futbolçuya yeni komanda axtarmaq üçün icazə verib.

Fransalı yarımmüdafiəçinin agentləri artıq “Monako” və PSJ ilə yanaşı, Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubuna da oyunçunu təklif ediblər.

Kante ötən mövsüm “Əl-İttihad”ın heyətində 35 oyuna çıxıb, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"