Konfrans Liqasını “Olimpiakos” qazandı

30 May 2024 01:52 Dünya futbolu 561
Konfrans Liqasını “Olimpiakos” qazandı

Konfrans Liqasının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Olimpiakos” və “Fiorentina”nın üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı “AEK Arena”da baş tutan matçın əsas vaxtı qolsuz bitib. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan Ayub El Kaabi “Olimpiakos”un qələbə qolunun müəllifi olub.

“Qırmızı-ağlar” tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.

“Olimpiakos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) 1:0
Qol
: Kaabi, 116
Baş hakim: Artur Diaş
Afina, “AEK Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!