Premyer Liqa klubları "Qarabağ"ı məyus etmiş hücumçunun arxasınca düşüb

22 May 00:40 Dünya futbolu 2 450
Premyer Liqa klubları "Qarabağ"ı məyus etmiş hücumçunun arxasınca düşüb

"Gent"in forvardı Gift Emmanuel Orban karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu ilə "Mançester Yunayted", "Çelsİ", "Tottenhem" və "Fulhem" maraqlanır.

Klublar artıq nigeriyalı oyunçunu izləmək üçün öz skautlarını da göndəriblər. Belçika təmsilçisi Orban üçün böyük məbləğ tələb edəcək.

Gift Emmanuel Orban cari mövsüm 19 oyunda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Forvard evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında komandasının yeganə qoluna imza atmışdı.

İlk görüşdə eyni hesabla yenilən meydan sahibləri penaltilər seriyasının ardından mərhələ adlayan tərəf olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu