
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək.
"Edyukeyşn Siti" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.
Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.
1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.
9 dekabr
19:00. Xorvatiya - Braziliya 1:1
Qollar: Petkoviç, 117 - Neymar, 105
Penaltilər seriyası - 4:2
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Edyukeyşn Siti" stadionu
Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
23:00. Niderland - Argentina 2:2
Qollar: Vaut Veqorst, 83, 90+11 - Nahuel Molina, 35, Leonel Messi, 72 (p)
Penaltilər seriyası 3:4
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo
Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Lusail" stadionu