“Övladımın 3 yaşı var, məni tanımır” - Azərbaycanlı çempion

3 İyul 2020 12:44 Digər növlər 1 062
“Övladımın 3 yaşı var, məni tanımır” - Azərbaycanlı çempion

“Bir aydan çox Dominikanda qaldım, sonra İstanbula gəldim. Uşaqlarımı belə görə bilməmişəm. İyulun ortasında Bakıya qayıdacam.

İndi mənə dedilər ki, “Survivor”un finalınadək burda qal. Kiçik övladımın 3 yaşı var, artıq məni tanımır. Görüntülü danışanda üzünü çevirib gedir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri kikboks üzrə dünya çempionu Pərviz Abdullayev “Survivor Panorama” proqramına qonaq olarkən deyib.

“Kobra“ ləqəbli məşhur idmançı artıq iki aydan çoxdur ki, Azərbaycana getmədiyini, ailəsi ilə daim görüntülü olaraq əlaqə saxladığını söyləyib:

“2008-2019-cu illərdə İstanbulda yaşamışam, yarışlarda iştirak etmişəm. 2016-cı ildən “Survivor”a baxıram. Avatar Atakan qatıldığı vaxtlardan... Onunla çox yaxşı dostuq.

Döyüşlərim olduğu üçün müraciət edə bilmirdim. Nəhayət ki, 2019-cu ildə müraciət etdim. Oyunda səssiz idim. Həyatda da beləyəm. Kameralara işləmirdim.

Düzdür, lazım idi, amma özüm kimi oldum. Duruşumu, xarakterimi dəyişmədim. Açığı deyim, iştirakçılar məndən çəkinirdi, heç bir söz demirdilər. Barış Yağcı ilə beyin olaraq yaxın idik”.

Digər Xəbərlər
Xəbər Lenti