"Heç bir zəmanət vermək olmaz"

9 May 2020 19:02 Digər növlər 427
"Heç bir zəmanət vermək olmaz"

​"Çempionatın başlayacağına əminliyimiz artır. Amma mövsümün ümumiyyətlə keçiriləyəcəyinə heç bir zəmanət vermək olmaz".

Sportinfo.az xəbər verir ki, bunu "Liberty Media"nın rəhbəri Çeyz Keri "Formula 1" üzrə 2020 mövsümünün baş tutması ehtimalı barədə danışarkən deyib.

Amerikalı biznesmen bildirib ki, məqsəd ilk Qran-prinin iyulun 5-də Avstriyada təşkilinə nail olmaqdır: "Bundan bir həftə sonra, böyük ehtimalla, "Red Bull Rinq"də daha bir mərhələ keçirəcəyik.

Avropadakı yarışların azarkeşsiz olacağını gözləyirik. Amma ümid edirik ki, gələcək Qran-prilər tamaşaçılara da açılacaq. Dünya çempionatlarının mərhələlərini qəbul edə biləcək tras sayı baxımından optimistik".

Keri koronavirus pandemiyasının hiss olunacağını etiraf etsə də, Qran-prilərin gerçəkləşəcəyinə dair mövqelərinin möhkəmləndiyini vurğulayıb.

"Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Digər Xəbərlər
Xəbər Lenti