"İclasın gündəliyi əhəmiyyətli məsələlərlə dolu olmasına baxmayaraq…"

15 Mart 2020 19:20 Digər növlər 485
"İclasın gündəliyi əhəmiyyətli məsələlərlə dolu olmasına baxmayaraq…"

"İclasın gündəliyi əhəmiyyətli məsələlərlə dolu olmasına baxmayaraq, hamısını iki gün ərzində müzakirə edə bildik".

Sportinfo.az xəbər verir ki, bu sözlər Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbova məxsusdur. O, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclasında qəbul olunan yeni qərarları açıqlayıb:

"Yığıncaqda qadın gimnastikası üzrə komissiyanın adının dəyişdirilməsi, xallar kodeksi və 2021-2024-cü illər üçün gimnastika fənlərindəki hakimlərin xüsusi qaydaları, 2021-ci ilin texniki reqlamenti, akkreditasiya qaydaları və digər dəyişikliklər təsdiqləndi.

2019-cu ilin ən layiqli 10 federasiyası məlum oldu. FIG-ə üzv olan 10 federasiyanın 7-nin Avropadan olması mənim üçün xoş oldu".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!