"Nəvəm hətta gözlərini də buradan çəkmir"

22 Fevral 2020 14:59 Digər növlər 688
"Nəvəm hətta gözlərini də buradan çəkmir"

"Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsi azərbaycanlı azarkeşlərə bu idman növünün dünyaca məşhur təmsilçilərinin çıxışlarını izləməyə imkan yaradır".

Sportinfo.az xəbər verir ki, bunu batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçısı Gülnarə Mustafayeva bildirib.

"Milli Gimnastika Arenasına ilk gəlişimdir, təəssüratlar - pakizədir. Bu idmanla çox məşğul olan və çox sevən beş yaşlı nəvəmlə gəldim. Nəvəm yarışmanı böyük maraqla izləyir, demək olar, hətta gözlərini arenadan çəkmir.

Belə möhtəşəm yarışların ölkədə keçirilməsi çox gözəldir. Bu, uşaqlarımıza dünyada tanınan idman ustalarının çıxışlarını görməyə imkan verir", - tamaşaçı deyib.

Bakının Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilib. 30 ölkənin 150-dək gimnastının iştirakı ilə keçirilən Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.

Digər Xəbərlər
Xəbər Lenti