Yığmamızın aparıcı siması 7500 dollar qazandı - FOTO

11 Noyabr 10:10 Digər növlər 168
Yığmamızın aparıcı siması 7500 dollar qazandı - FOTO

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyası çərçivəsində keçirilən Superbet rapid və blits turniri başa çatıb. Sportinfo.az xəbər verir ki, son iki gün ərzində keçirilən blits yarışmasında Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov zəif çıxışı ilə yadda qalıb.

Şahmatçımız 18 turluq blits yarışmasında doqquz görüşdə heç-heçə edib, yeddi görüşdə məğlub olub. O, blitsdəki iki qələbəsini isə ABŞ şahmatçısı Fabiano Karuana üzərində qazanıb.

İlk gündə 3,5 xal qazanmaqla beşinci sırada qərarlaşmış şahmatçımız son gündə 3 xal toplayıb (rapiddə qələbəyə görə iki, heç-heçəyə görə bir xal verilirsə, blitsdə qələbəyə görə bir, heç-heçəyə görə 0,5 xal verilir – S.M.).

6-8 noyabrda keçirilən rapiddəki görüşdəki nəticələri də sayılmaqla (orda 10 xal toplamışdı) Şəhriyarın toplam xal nisbəti 2,5 olub. O, bu nəticəylə 10 şahmatçı arasında ABŞ təmsilçisi Uesli So ilə birlikdə səkkizinci yeri tutub.

150 min dollarlıq mükafat fondu olan yarışın qaydalarına görə, son üç şahmatçıya 7500 dollar verilir. Beləliklə, Şəhriyar Məmmədyarov bu yarışda hesabına 7500 dollar qazandırıb.

Xəbər Lenti
11 Dekabr 23:20 "Barselona"ya "yox" dedi
11 Dekabr 17:54 "Neftçi"də kommunal borc
11 Dekabr 16:36 "Səbail"də ilk ayrılıq
11 Dekabr 13:04 Fati tarixə düşdü