Dünya çempionatında medalın bir addımlığında qalıb - Azərbaycan gimnastı

25 İyun 2025 03:10 Digər növlər 602
Dünya çempionatında medalın bir addımlığında qalıb - Azərbaycan gimnastı

Azərbaycan millisinin idmançısı Fidan Qurbanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında dördüncü yeri tutub.

Sportinfo.az xəbər verir ki, o, gürzlərlə final mərhələsində medalın bir addımlığında qalıb.

Fidanın bürünc medal qazanmaq imkanı olub. Misirli Farida Bahnas və polşalı Kseniya Ziziç ikinci yeri bölüşdüyündən məntiqlə Azərbaycan gimnastı ilk "üçlüy"ə düşə bilərdi. Lakin bürünc mükafatçının yeri boş qalıb.

Digər gimnastımız Azadə Atakişiyeva halqa ilə finalda çıxış edərək səkkizinci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti